BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Son vaxtlar İlham Əliyevlə Emmanuel Makron çox səmimi görüşürlər.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Ardıcıl bir neçə beynəlxalq tədbirdə onların mehribancasına qucaqlaşdıqları görünür.
Məsələn, burada sonuncu Misirin Şarm əl-Şeyx şəhərindəki görüşlərində onlar zarafatlaşırcasına söhbət edirlər, bir-birinin kürrəyinə vurur, iki əlli görüşürlər.
Bundan əvvələ Makron və Əliyev bir-birini o qədər də sevrmişmiş kimi görünərdilər.
2022-ci ildə İlham Əliyev Emmanuel Makronu "təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməkdə ittiham etmişdi.
"Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin"
Əliyev onda demişdi ki, Fransa daha Azərbaycan-Ermənistan arasındakı normallaşmada rol oynamasının mümkünlüyünü görmür.
2025-ci ilin yanvarında Fransa Prezidenti Emmanuel Makron ölkəsindəki tədbirdə Azərbaycanı ölkəsinin dənizaşırı ərazilərinə müdaxilə etməkdə günahlandırıb.
Azərbaycan mediasında Prezident Makron çox tənqid olunub, hətta onun haqqında uşaqlara mahnı da oxudulub.
Videoda aparıcı Makrona nadan deyir, onu Ermənistana dost olmaqda, islamafob olmaqda ittiham edir. Buratinonun macrəları uşaq filmininin musiqisindən istifadə edilərək, belə oxunur: "Whatsapla zəng edin deyir, ermənipərəstlik edir...Emmanuel"
Ermənistan Azərbaycan münasibətlərində Yerevanı dəstəklədiyini görə Azərbaycan da Fransaya ittihamlar yönəldilirdi.
Ancaq artıq dünyada artıq Ermənistan Azərbaycan arasında münasibətlərin həll olunduğu qəbul olunub.
Baxmayaraq ki, hələ iki ölkə arasında sülh sazişi yoxdur.
Oktyabrın 16-da İlham Əliyev Emmanuel Makronla Kopenhagendəki görüşünün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.
Prezident bunu Fransanın Azərbaycana yeni təyin olunan səfirinə deyib.
Ancaq münasibətlərsə soyuqluğun geridə qaldığı deyilsə də iki liderin bir-birinin ölkəsinə səfər etməyib.
Video açılmırsa, YouTube kanalımızda baxın.