Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" 18 oktyabr Azərbaycan xalqının tarixində və həyatında mühüm əhəmiyyət daşıyan bir gündür. Məhz bu tarixdə Azərbaycan "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etməklə öz müstəqilliyini bərpa etdi. Beləcə, ölkəmiz azad, suveren və müstəqil bir respublika kimi fəaliyyətə başladı. Bu müstəqillik bizə asanlıqla başa gəlmədi, şəhidlərimizin canı və qanı bahasına qazanıldı. Düzdür, biz torpaqlarımızın itkisi ilə qarşılaşdıq, amma, 30 il sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu gün ölkəmiz güclü, müstəqil və beynəlxalq aləmdə söz sahibi bir dövlət kimi inkişafını davam etdirir.
Azərbaycan torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa etdikdən sonra, qlobal məsələlərin həlli istiqamətində fəal şəkildə iştirak edir, dünyada sülhün və ədalətin möhkəmlənməsi uğrunda çalışır, beynəlxalq aləmdə nüfuzunu və mövqeyini daha da möhkəmləndirir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31