Bakı. Trend:
2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisindəfəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirləriningörülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiqolunacaq.
Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasındaxüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdənasılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riskiregion ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükəyaradır.
Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanlarınmövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksəkrisk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlifmənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınmaprosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisindəxəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması,zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısınınalınması məqsədilə Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiqqərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvanbazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarənsağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildəmüvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regionalbölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdəbu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərindədezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək.Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarlarınfəaliyyəti bərpa olunacaq.
Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinəyerləşdiriləcək, onlara klinik baxış keçirilərək laboratordiaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək.Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçünGürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublikaərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandandamazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilənheyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.
Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələrifəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən,kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzindəkəsilməlidir.
Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildəməlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davametdiriləcək.