AZ

Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ağ Evdə görüşəcək. Görüşdə əsas mövzulardan biri Ukraynaya uzun mənzilli “Tomaqavk” raketlərinin mümkün tədarükü olacaq.

XəzərNews.az Reuters-ə istinadən xəbər verir ki,Trampın Rusiya Prezidenti Vladimir Putinlə bağlı yeni açıqlaması bu məsələni sual altında qoyub.

O, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı iki saatdan artıq davam edən telefon danışığından sonra yaxın iki həftə ərzində Putinlə Budapeştdə görüşə biləcəyini bildirib.

“Bütün həyatım boyu sövdələşmələr etmişəm. Düşünürəm ki, biz bunu datezliklə edəcəyik”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

O, bu günkü görüşdə Zelenskiyə Rusiya ilə danışıqlar barədə məlumat verəcəyini də vurğulayıb.

Zəhra


Xəbər 3 dəfə oxunub.
Seçilən
163
2
xezernews.az

10Mənbələr