AZ

Gələn həftədən Azərbaycanda heyvan bazarları bağlanacaq

Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların Azərbaycana idxalı oktyabrın 25-dən məhdudlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA-nın (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) məlumtında deyilir.

Agentlik sağlamlaşdırma tədbirləri çərçivəsində mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. Toyuqlu pizza

AQTA qeyd edib ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr