AZ

PSJ-də ciddi itki

PSJ ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, Paris klubunun müdafiəçisi Markinyos sıradan çıxıb.

Braziliyalı futbolçu “Marsel”lə oyunda aldığı zədə səbəbindən Liqa 1-də “Strasbur” və Çempionlar Liqasında “Bayer-04”lə keçiriləcək matçları buraxacaq. 31 yaşlı futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. PSJ “Strasbur”la oktyabrın 17-də, “Bayer-04” ilə ayın 21-də qarşılşacaq.

Xatırladaq ki, komandanın kapitanı bundan əvvəl “Barselona” və “Lill”lə keçirilən oyunları da buraxmışdı.

Seçilən
79
football-plus.az

1Mənbələr