FÜZULİ, 17 oktyabr. TELEQRAF
Füzulidə Şəhəri Günü münasibətilə konsert keçirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli Şəhər Günü münasibətilə konsert proqramı Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda təşkil edilib.
Konsertdə Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Babayev, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Konsertin sonunda atəşfəşanlıq olacaq.