AZ

Ermənistanda keçmiş mer saxlanıldı

Ermənistanda İcevan şəhərinin keçmiş meri Varujan Nersisyan saxlanılıb.

7News.Az-ın "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Məlumata görə, Varujan Nersisyan çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Qeyd edildiyinə görə, həmçinin onun oğlu da saxlanılıb.
Seçilən
85
7news.az

1Mənbələr