AZ

Ərdoğan: İsrailə görə ehtiyatı əldən vermirik

BAKI, 17 oktyabr. TELEQRAF

Ankara İsraillə Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasının icrası istiqamətində fəal səylər göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türkiyə-Afrika Biznes və İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Biz HƏMAS və İsrail arasında əldə olunan razılaşmanın uzunmüddətli olması və qalıcı sülhün əsasının qoyulması üçün bütün səylərimizi səfərbər etmişik. İsrailin etibarsız davranışlarına görə ehtiyatı əldən vermirik, diqqətli olmağa davam edirik. Qəzzanın yaralarının tezliklə sağalması və bölgənin yenidən ayağa qalxması vacibdir", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr