BEYLƏQAN, 17 oktyabr. TELEQRAF
Beyləqanda yol qəzası zamanı ağır xəsarət alıb sağ qalan iki qardaşdan o biri də xəstəxanada vəfat edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, oktyabrın 13-də Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alan 3 nəfərdən sağ qalan qardaş, 1999-cu il təvəllüdlü Ülvi Həşimov paytaxtda müalicə aldığı xəstəxanada ölüb.
Qəza zamanı xəsarət alan digər 1 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Qəza düşənlər ANAMA əməkdaşları olublar.
Qeyd edək ki, oktyabrın 13-dəBeyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həmin gün həyatını itirmişdi.