AZ

Ötən illərdən bağlı qalmış 284 cinayət açılıb

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.

DİN-dən verilən məlumata görə, oktyabrın 17-də Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə”, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə”, habelə cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib.

 

Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.
Seçilən
12
azpost.info

1Mənbələr