AZ

Beyləqanda qəza zamanı xəsarət alan digər qardaş da öldü

BEYLƏQAN, 17 oktyabr. TELEQRAF

Oktyabrın 13-də Beyləqanda baş verən qəzada ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət1999-cu il təvəllüdlüHəşimov Ülvi Bariz oğlu paytaxtda müalicə aldığı xəstəxanada ölüb.

Qəza zamanı xəsarət alan digər şəxsin müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alanlar ANAMA əməkdaşları olub. Həşimov qardaşlarından biri - 1996-cı il təvəllüdlü Elvin Həşimov qəza baş verən gün xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır

Seçilən
18
4
teleqraf.com

10Mənbələr