AZ

BMT Qəzzaya ərzaq tədarükünü 560 tona qədər artırıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağına gündəlik ərzaq tədarükünü 560 tona qədər artırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu proqramın nümayəndəsi Abir Etefa Cenevrədə keçirilən brifinqdə bildirib.

"Qəzzaya gündəlik təqribən 560 ton ərzaq çatdırmağımıza baxmayaraq, hələ də bizə lazım olan hədəf göstəricisindən aşağıdayıq", - o qeyd edib.

Nümayəndənin sözlərinə görə, atəşkəs rejiminin qüvvəyə mindiyi vaxtdan oktyabrın 15-nə qədər Fələstin anklavına təxminən 2 800 ton ərzağın yükləndiyi 230-a yaxın yük maşını gəlib. Ərzaq Qəzzanın cənub və mərkəzi hissələrindəki "Kerem-Şalom" və "Kisufim" keçid məntəqələri vasitəsilə çatdırılır.
Seçilən
34
9
sherg.az

10Mənbələr