ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...“Tomaqavk” qanadlı raketlərinin ABŞ-dan Ukraynaya çatdırılmasında yaranan çətinliklər Çin rəhbərliyinin qərarı ilə bağlı ola bilər.
SİA xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti məlumat yayıb.
...Cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü ərəfəsində ABŞ prezidenti Donald Trampın Ukraynaya indiyə qədər olduğundan daha əhəmiyyətli dəstək vermək imkanı çox azdır. Bunun səbəbi Rusiyanın hərbi gücü və üstünlüyündə deyil, Pekindədir.
Məqalədə deyilir.
Nəşr qeyd edir ki, ötən həftə Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının ixracına məhdudiyyətlər tətbiq edən sənəd dərc edib. Yeni qaydalara əsasən, artıq xarici şirkətlər tərkibində az miqdarda bu metallar olan məhsulların ixracı üçün Çin hökumətindən icazə almalı və onların məqsədli istifadəsini bəyan etməlidir.
Bu məhdudiyyətlər ABŞ-ın müdafiə sənayesinə ciddi zərbə vurur, çünki nadir torpaq elementləri hərbi texnika və geniş çeşiddə yüksək texnologiyalı məhsulların istehsalı üçün vacibdir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə açıqlama verən Tramp “Tomaqavk” raketlərinin Kiyevə çatdırılmasında çətinliklər olduğunu etiraf edib və ABŞ-ın özünün bu silahlara ehtiyacı olduğunu vurğulayıb.
...Biz onları ölkəmiz üçün tükəndirə bilmərik. Onlar bizim də lazımdır.
Tramp deyib bunu.
Əli Babayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.