AZ

Almaniya Macarıstana Roma Statutunu xatırlatdı

Macarıstan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutundan irəli gələn öhdəliklərinə əməl etməlidir.

Bunu Almaniyanın xarici işlər naziri Yozef Hinterseer Budapeştdə Rusiya -ABŞ sammitinə hazırlıq zamanı deyib.

"Prinsipcə, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə üzv dövlətdir, lakin o, 2025-ci ilin aprelində çıxdığını elan etdi. Lakin bu, yalnız bir il sonra, yəni rəsmi elandan bir il sonra qüvvəyə minəcək”,- deyə qeyd edib.

Seçilən
29
aznews.az

1Mənbələr