Bakı. Trend:
Bu gün III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işinibaşa çatdırdı.
Trend xəbər verir ki, forumAzərbaycan Respublikasının Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindənbirgə təşkil olunub və “İqlimədavamlı və sağlam şəhərlərə doğru:regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunu əhatəedib.
Bu il Forum iki şəhərdə - Xankəndi və Bakıda keçirilib. Onlayınvə oflayn 1500-ə yaxın iştirakçı, o cümlədən 65 ölkədən 200-dənartıq nümayəndəni bir araya gətirən tədbirdə hökumət nümayəndələri,qardaşlaşmış şəhərlər, səfirlik və diplomatik nümayəndəliklər,akademik institutlar və beynəlxalq təşkilatlar, özəl sektorlar,vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirakediblər. Forumun ümumi onlayn izlənmə sayı 1400-ə yaxın olub.
Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalarzamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma,inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlərmüzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə vəinnovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma,mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrindəqabaqcıl təcrübələri bölüşüblər.
Həmçinin Azərbaycanda post-münaqişə bərpası modelinə xüsusidiqqət yetirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındahəyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri“Building Back Better” (“Daha yaxşı bərpa”) prinsiplərinəəsaslanaraq təhlükəsiz, dayanıqlı və yaşayış üçün əlverişli şəhərmühitinin formalaşdırılmasına yönəlib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birgə“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu altındakeçirilən tədbirdə gənclər dayanıqlı şəhərlərin gələcəyi, innovativyanaşmalar və gənclərin bu prosesdə fəal iştirakı barədə fikirmübadiləsi aparıb.
Ayrıca bir sessiya mənzil məsələsinə həsr olunub. Bu mövzu2026-cı ildə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlışəhərlər və yaşayış məskənləri” devizi altında Bakıda keçiriləcək13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas konsepsiyası iləsəsləşir.
Bağlanış tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsininsədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərəkbildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional vəqlobal dialoqun gücləndirilməsində mühüm mərhələ oldu və Bakıdakeçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətindəəməkdaşlıqda yeni səhifə açdı.
Çıxışının sonunda Anar Quliyev Forumun ruhunu və məqsədini əksetdirən simvolik mesajla iştirakçılara müraciət etdi:
“Birlikdə elə bir gələcək qura bilərik ki, hər şəhər iqlimçağırışlarına davamlı, hər icma sağlam, hər bir insan isə bu şəhərhekayəsinin ayrılmaz hissəsi olsun”.