AZ

Moskva-Vaşinqton sammiti Budapeştdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ilə telefon danışığı aparıb. Söhbətin əsas mövzusu Budapeştdə keçiriləcək Moskva-Vaşinqton sammitinə hazırlıq olub.

Editor.az xəbər verir ki, Siyarto sosial şəbəkədə yazıb: “Hazırlıqlar tam sürətlə gedir. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında məhsuldar danışıqlar üçün bütün lazımi şərait təmin ediləcək.

Xatırladaq ki, ötən gün Putinlə Tramp arasında növbəti telefon danışığı olub. Danışıqlar təxminən iki saat yarım davam edib. Söhbət zamanı iki lider Rusiya-Ukrayna münaqişəsini, iki ölkə arasında iqtisadi əlaqələri, şəxsi görüşün mümkünlüyünü müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr