AZ

Almaniyada şəhər meri narkotik üstündə tutulub –Cibindən kokain çıxdı

Almaniya polisi Noybiberq şəhərinin meri Tomas Pardelleri gecə klubuna narkotik keçirməyə cəhd edərkən saxlayıb.

AzPost-un məlumatına görə, bu barədə Bild qəzeti məlumat verir. Qəzetin yazdığına görə, polis əməkdaşları axtarış zamanı onun üzərində ağ toz olan qab aşkar ediblər.

Hadisə oktyabrın 11-də səhər saat 4:26 radələrində gecə klubunun girişinin yaxınlığında baş verib. Şəhər meri narkotiki təhvil verməkdən imtina etdiyi üçün polis onu zorla yerə yıxıb və əlini qandallayıb.

Müayinə zamanı məlum olub ki, qabda kokain olub. Yaxınlıqdakı polis bölməsində keçirilən məhkəmə iclasından sonra 37 yaşlı Pardeller sərbəst buraxılıb. Noybiberq merinə qarşı istintaq başladılıb.

“Mən ictimaiyyəti işin gedişi barədə məlumatlandıracağam” -deyə Pardeller söz verib.

Qeyd edək ki, Tomas Pardeller Xristian Sosial Birliyinin (CSU) üzvüdür. Bavariyada bələdiyyə seçkiləri 2026-cı ilin martına təyin edilib. Pardeller yenidən bələdiyyə sədri seçilmək üçün namizədliyini irəli sürməyi planlaşdırırdı.

AzPost.az

Seçilən
20
1
azpost.info

3Mənbələr