AZ

Trampın Ukrayna ilə bağlı “Tomaqavk” planı üzə çıxıb

Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü ərəfəsində ABŞ prezidenti Donald Tramp “Tomaqavk” qanadlı raketlərini Ukraynaya ötürmək niyyətində deyil.

Busaat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bununla belə, telekanalın məlumatına görə, bu məsələ gündəmdən düşmür. Aydınlaşdırılır ki, Ağ Ev rəhbəri hazırda Kiyevə silah göndərməyə razılıq verməyi planlaşdırmır, lakin onun mövqeyi Ukrayna nümayəndə heyəti ilə şəxsi söhbətdən sonra dəyişə bilər.

Bundan başqa, mənbələr vurğulayırlar ki, Tramp lazım bildiyi halda raketlərin tədarükü imkanını istisna etmir.

Əvvəllər bildirilirdi ki, ABŞ “Tomaqavk” raketlərinin Ukraynaya təhvil verilməsinə razılıq verərsə, çox güman ki, Ukrayna Silahlı Qüvvələrini köhnə modellərlə təmin edəcək. Qeyd edilib ki, bu raketlər Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən asanlıqla ələ keçirilə bilər.

Yeganə

Seçilən
3
busaat.az

1Mənbələr