AZ

Mehdiyevin nazirliklərdə, parlamentdə adamları ola bilər — Partiya sədri

"Ramiz Mehdiyev 24 il birbaşa rəhbərlikdə işləyib, minlərlə kadr yetişdirib, yerləşdirib. Mümkündür ki, hələ də özünü ona siyasi və mənəvi cəhətdən bağlı hesab edən məmurlarımız var. Bu parlamentdə də ola bilər, nazirliklərdə də, mediada da".

Bunu Demokrat.az-a açıqlamasında "AĞ Partiya" sədri Tural Abbaslı deyib. O bildirib ki, bu şəxslər araşdırılmalıdır, üzə çıxarılmalıdır:

"Adətən bu ittihamlarla cinayət işi açılanda həmin şəxsin geniş çevrəsi şübhə altına düşür və yoxlanılır. Düşünürəm ki, araşdırılmalıdır. Çünki hakimiyyəti zorla ələ alma və saxlama bir nəfərin görə biləcəyi iş deyil. Bunun üçün onlarla insanın təşkilati fəaliyyəti lazımdır. Bunlar da siravi insanlar olmayacaq. Həbslər təbii ki, gözlənilir. Bu məsələdə daha çox şəffaflıq olmalıdır".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr