AZ

Pentaqon rəhbərinin Zelenski ilə görüşdə taxdığı qalstuk diqqət çəkdi

Pentaqon rəhbəri Pit Heqset Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Rusiya bayrağını özündə əks etdirən ağ, mavi və qırmızı rənglərdən ibarət qalstuk taxıb.

Qaziler.az bu haqda “Fox News” telekanalına istinadla bildirir.

Ağ, mavi və qırmızının birləşməsindən ibarət olan üç rəng Rusiya, Fransa, ABŞ və  Böyük Britaniyanın, eləcə də bir çox başqa ölkələrin bayraqlarında istifadə olunur. Pentaqon rəhbərinin qalstukundakı rənglərin düzülüşü Rusiyanın milli simvolunda istifadə olunan rənglərə daha çox bənzəyir. Qeyd olunub ki, Heqsetin Ukraynadakı münaqişə ilə bağlı açıq bəyanatları Rusiyaya isti münasibətdən xəbər vermir. Lakin buna baxmayaraq, 2025-ci ilin iyulunda o, Amerikanın Kiyevə silah satışını müvəqqəti olaraq dayandırmışdı.

Qeyd edək ki, oktyabrın 17-də Zelenski ilə Tramp arasında Vaşinqtonda görüş keçirilib. Bu, 2025-ci ildə keçirilən üçüncü görüşdür. Bir gün əvvəl isə Tramp Rusiya prezidenti Vladimir Putinlə uzun telefon danışığı aparıb, bundan sonra tərəflər Budapeştdə görüşməyə razılaşıblar.

QAZİLER.AZ

Seçilən
33
qaziler.az

1Mənbələr