Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavini, general-mayor Timur Mehdiyev vəzifəsindən azad edilib.
  Yenicag.az-ın əldə etdiyi məlumata görə, buna səbəb dövlətə xəyanətdə ittiham edilərək ev həbsinə göndərilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin törətdiyi əməllərlə bağlıdır.
  Xatırladaq ki, T. Mehdiyev 2014-cü ilin mayından K. Heydərovun müavini vəzifəsində çalışıb.
                        
                     
                        