Bakı. Trend:
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətininqubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini iləgörüşüb.
Trend xəbər verir ki, görüşdəqubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev FondununVatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinədərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella PetriniAzərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Tacasəfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlıanlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafınagöstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeydedib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlıanlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmətedir.
Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula vəgöstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğunaminnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə RaffaellaPetrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikanarasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsininvacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissiilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etməkniyyətində olduğunu bildirib.
Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan iləVatikanın qubernatorluğu arasında mədəni, dini və humanitarsahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikirmübadiləsi aparılıb.