Bakı. Trend:
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Trend xəbərverir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "AzərbaycanRespublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktınıqəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlalBəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinibərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ciil 30 avqust tarixli bəyannaməsinə istinad olunub və AzərbaycanRespublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğutəsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyininbərpa edilməsinin 33-cü ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub,1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan XalqCümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycan xalqı 1991-ci ildən sonra dördüncü dəfədir ki, bubayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalibxalq kimi qeyd edir.
1992-ci ilin mayında Milli Məclis tərəfindən AzərbaycanRespublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləriƏhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olansəkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenariclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib.Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "MüstəqillikGünü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət MüstəqilliyiGününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elanedilib.
Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan işgünüdür.