AZ

Model olmaq istədi, orqanları alındı, ailəsindən pul tələb olundu

Belarusun paytaxtı Minskdə yaşayan 26 yaşlı Vera Kravtsova model olmaq arzusu ilə Taylanda yollanıb.

News24.az xəbər verir ki, o, internetdə tanış olduğu bir agentliklə razılaşaraq ölkəni tərk edib. Qısa müddət sonra Kravtsova Myanmara keçib və orada naməlum şəxslər tərəfindən qaçırılıb.

Gənc qızın orqanları çıxarılıb, özü isə öldürülüb. Onun meyitini ailəsinə qaytarmaq üçün orqan alveri ilə məşğul olan dəstə 500 min dollar tələb edib.

Vera Kravtsovanın dostlarının sözlərinə görə, o, foto çəkilişi adı ilə Myanmara aparılıb, orada saxlanılaraq varlı şəxslərdən pul almaq məqsədilə şantaja məcbur edilib.

O bu əməliyyata razı olmadıqdan sonra yoxa çıxıb. Daha sonra ailəsinə onun öldürüldüyü və cəsədin qaytarılması üçün pul tələb olunduğu bildirilib.

Hadisə beynəlxalq insan alveri və orqan ticarəti ilə bağlı narahatlıqları daha da artırıb. Hüquq-mühafizə orqanları məsələni araşdırır, ailə isə dəhşətli faciə ilə üz-üzə qalıb.

Xeyrənsə Piriyeva

Seçilən
101
1
news24.az

2Mənbələr