2025-ci ilin noyabrı Buğa bürcü üçün sözün əsl mənasında bolluq və qazanc ayı olacaq. Astrologlar hesab edir ki, bu dövrdə ulduzların düzülüşü Buğalara həm karyerada yüksəliş, həm də maddi gəlirlərin artması baxımından böyük fürsətlər vəd edir.
News24.az xəbər verir ki, Uran planetinin Buğa bürcündə hərəkəti ilə birlikdə uzun müddətdir planlaşdırılan işlər və maliyyə təşəbbüsləri sanki "canlanacaq". Gözlənilməz mənbələrdən pul qazanmaq, əlavə gəlir yolları tapmaq və sərmayə fürsətləri dəyərləndirmək üçün əlverişli vaxt yaranacaq.
Astroloqlar bildirirlər ki, Mars planetinin noyabr ayında aktiv rolu Buğalara cəsarət, qərarlılıq və danışıqlarda üstünlük qazandıracaq. Bu dövrdə əmək müqavilələri, bonus razılaşmaları və yeni iş təklifləri Buğaların xeyrinə nəticələnə bilər.
Veneranın 6 noyabrda Əqrəb bürcünə keçidi isə Buğaların maliyyə həyatına harmoniya gətirəcək. Bu enerji yeni tərəfdaşlıqlar, sərmayə planları və gəlir mənbələrinin artması ilə müşahidə olunacaq.
"Buğa bürcü üçün 2025-ci ilin noyabrı əsl dönüş nöqtəsidir. Uğur və bolluq enerjisi bu bürcü ilin ən şanslısına çevirəcək," - deyə astrolog Marielisa Reyes bildirib.
Beləliklə, 22 aprel - 20 may tarixlərində doğulanlar üçün bu ay pulun, imkanların və müsbət dəyişikliklərin dövrü olacaq. Ulduzlar Buğalara fürsətləri dəyərləndirməyi, qorxmadan irəliləməyi və maddi baxımdan yeni səhifə açmağı tövsiyə edir. (BAKU.WS)