AZ

Tramp: Çin mallarına tətbiq olunan vergilər uzun müddət davam edə bilməz

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin məhsullarına tətbiq ediləcək 100 faiz əlavə gömrük vergiləri uzun müddət qüvvədə qala bilməz. Lakin onun sözlərinə görə, bu qərar Çin hökumətinin davranışları səbəbindən zəruri addımdır.

News24.az xəbər verir ki, Tramp bu fikirləri "Fox Business" kanalına verdiyi müsahibə zamanı səsləndirib. O qeyd edib ki, noyabrın 1-dən qüvvəyə minəcək bu qərar “davamlı deyil, amma hazırda vacibdir”.

Prezident Tramp yaxın günlərdə Çin dövlət başçısı Si Cinpin ilə görüşəcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu görüşdən sonra iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağı gözlənilir.

Tramp və Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində bu ayın sonunda Cənubi Koreyada görüşəcəkləri bildirilir.

Trampın açıqlaması ABŞ ilə Çin arasında ticarət münasibətlərində gərginliyin hələ də davam etdiyini göstərir.

Xeyrənsə Piriyeva

Seçilən
86
1
news24.az

2Mənbələr