BAKI, 18 oktyabr. TELEQRAF
Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən əyləncə mərkəzində dekor divarın qonaqların üzərinə uçub.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində 6 nəfər divarın altında qalaraq xəsarət alıb.
Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.