AZ

Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum etdi - 4 polis yaralandı

BAKI, 18 oktyabr. TELEQRAF

Kolumbiyanın paytaxtı Boqotada keçirilən etiraz aksiyası zamanı nümayişçilər ABŞ səfirliyinə hücum ediblər. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Karlos Fernando Qalan sosial şəbəkə “X” hesabında məlumat verib.

“ABŞ səfirliyi yaxınlığında baş verən insidentə polis müdaxilə edib. Maskalı şəxslər səfirliyə yandırıcı vasitələr, partlayıcılar və oxlar atıblar. Dörd polis əməkdaşı üz, ayaq və qollardan xəsarət alıb”, – deyə mer bildirib.

Kolumbiya Prezidenti Qustavo Petro isə açıqlamasında ABŞ diplomatik nümayəndəliyinin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib.

Seçilən
20
teleqraf.com

1Mənbələr