AZ

Azərbaycanın iki cüdoçusu Meksika Qran-prisində qızıl medal qazandı - FOTO

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-prisində iki qızıl medal qazanıblar.

İdman.Biz-in məlumatına görə, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar.

Finalda Balabəy Ağayev Mişel Aqustoya qalib gəlib, Paşayev isə həlledici görüşdə finlandiyalı Lukas Sahadayanı üstələyib.

Beynəlxalq Cüdo Federasiyası da sosial şəbəkə hesabındakı paylaşımında cüdoçularımızı təbrik edib.

İdman.Biz

Seçilən
112
1
idman.biz

3Mənbələr