AZ

Saakaşvili: Putin bundan imtina etsə, qələbə Ukraynanın olacaq

BAKI, 18 oktyabr. TELEQRAF

“Tramp Putinlə növbəti görüş təyin edib, görüş bu dəfə Alyaskada olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Görüş Budapeştdə amerikalıların böyük təzyiqi ilə keçiriləcək.

Ukrayna ABŞ koordinatları ilə Rusiya ərazisini bombalayır, Tramp Rusiya neftinin Çindən sonra ikinci alıcısı Hindistanı ilin sonuna qədər Rusiya neftindən imtina etməyə məcbur edib, Ukrayna isə “Tomahawk” raketlərini almağa çox yaxındır.

Putin bu fonda Budapeştə getməkdən imtina etsə, Amerika Ukraynanın silahlandırılmasını gücləndirəcək, Amerika bütün gücü ilə Ukraynanın hərbi qələbəsi üzərində çalışacaq”, - o bildirib.

Seçilən
11
teleqraf.com

1Mənbələr