Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” klubu Polşa çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, komanda öz meydanında “Katovitse” ilə qarşılaşıb.
Azarkeşlər oyunda 7 qola şahidlik ediblər. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, “Motor” 11 turdan sonra 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Premyer Liqa: VII tura yekun vurulub
La Liqa: “Barsa” mövsümdə ilk məğlubiyyətini aldı
La Liqa: “Real”dan inamlı qələbə
A Seriyası: “İnter” 3 xalı 4 qolla qazandı
Bundesliqa: Liderdən darmadağın