AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı.Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,98 ABŞ dolları və ya 1,55% azalaraq, 62,17 dollar təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,16 dollar və ya 1,9%ucuzlaşaraq 60,25 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,84 dollar və ya 1,68% azalaraq, 49,07 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,87 dollar vəya 1,41% azalaraq 60,91 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
188
31
az.trend.az

10Mənbələr