AZ

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın dinlərarası anlaşmaya sadiqliyini aydın şəkildə nümayiş etdirir – Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan PrezidentininAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri,Hikmət Hacıyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikansəfəri ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

Trend xəbərverir ki, Azərbaycan Prezidentinin köməkçisi Birincivitse-prezident Mehriban Əliyevanın səmərəli görüşlərinin, ocümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarasıanlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayişetdirdiyini bildirib.

"Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri,onun intensiv və səmərəli görüşləri, xüsusilə də Papa XIV Leo iləgörüşü, ölkəmizin katolik xristian irsinin bərpasına verdiyi dəstəkvə bu sahədə uzunmüddətli əməkdaşlığı, Azərbaycanın dinlər,mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma vədialoqa sadiqliyini aydın şəkildə nümayiş etdirir. Bu səfər həm dəAzərbaycanın mədəni və humanitar diplomatiyasının parlaqnümunəsidir", - paylaşımda qeyd olunub.

O vurğulanıb ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi, eynizamanda zəngin İslam ənənələrinə malik dünyəvi dövlət olanAzərbaycan - əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər vədigər dinlərin nümayəndələrinin sülh şəraitində birgəyaşayışınaşahidlik etmiş ölkə - bu gün də inklüzivlik, dözümlülük vəmultikultural harmoniyanın parlaq nümunəsi kimi çıxış edir.

“Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və bərabərimkanların təmin olunması sahəsində qazandığı uğurlarla qürur duyanAzərbaycan, bütün Cənubi Qafqaz regionunu sülh və sabitlik məkanınaçevirməklə, sülh, dialoq və əməkdaşlığa yönəlmiş müsbət qlobalgündəliyini irəlilətməkdə davam edir”, - H. Hacıyev əlavə edib.

Seçilən
75
6
az.trend.az

10Mənbələr