AZ

Azərbaycanın 4 cüdoçusu Meksidada keçirilən Qran-Pri turnirində fəxri kürsüdə yer aldı

BAKI, 18 oktyabr. TELEQRAF

Cüdo üzrə milli komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirinə möhtəşəm start verib.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.

-60 kq çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov isə üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.

Qvadalaxara Qran-Prisinin ilk yarış günündən sonra aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan 33 ölkə arasında birinci pillədə qərarlaşıb.

Seçilən
89
9
teleqraf.com

10Mənbələr