AZ

Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal

Cüdo üzrə milli komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirinə möhtəşəm start verib.

Apasport.az xəbər verir ki, tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər.

Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar. 

-60 kq çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov isə üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib. 

Qvadalaxara Qran-Prisinin ilk yarış günündən sonra aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan 33 ölkə arasında birinci pillədə qərarlaşıb.

Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb

Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO

Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar

Yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb

Daha bir idmançımız Peruda bürünc qazanıb

Seçilən
40
9
apasport.az

10Mənbələr