AZ

“Tramp nə “yox”, nə də “hə” dedi” “Putin bu qərardan qorxur”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Vladimir Putin Amerikanın “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya tədarükü ehtimalından qorxur. 

“AzPolitika” xəbər verir ki, Zelenski bunu Donald Trampla görüşdən sonra “NBC News”-un “Meet the Press” proqramına müsahibəsində deyib.

"Düşünürəm ki, Putin ABŞ-nin bizi “Tomaqavk”larla təmin edəcəyindən qorxur. Məncə, o, həqiqətən onlardan istifadə edəcəyimizdən qorxur", - Zelenski deyib.

Onun sözlərinə görə, Ağ Evdə iki saatlıq danışıqlar zamanı Ukrayna tərəfi yenidən uzaqmənzilli silahlar məsələsini gündəmə gətirib: “Prezident Trampın “yox” deməməsi yaxşı haldır, amma bu gün “hə” də demədi. ABŞ eskalasiyanı istəmir, lakin qapını bağlamadı…”

Prezident Tramp isə öz növbəsində jurnalistlərə açıqalmasında Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələrin “eskalasiya” olacağını qeyd edib. 

O etiraf edib ki, “Tomaqavk”ların tədarükü mübahisəli məsələ olaraq qalır: "Biz onların (ukraynalıların – red.) “Tomaqavk”lara ehtiyacı olmamasına üstünlük verərdik. Açığı, biz daha çox müharibənin bitməsini görmək istərdik".

Eyni zamanda, Tramp, bu qərara Vladimir Putinlə Macarıstanda planlaşdırılan görüşündən sonra yenidən baxılmasının mümkünlüyünü istisna etməyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr