AZ

Tramp: “Kiyevə “Tomoqavk”lar verilməyəcək”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Axios” portalının yaydığı məlumatda görüşün gərgin atmosferdə keçdiyi və Amerika liderinin Zelenski ilə sərt danışdığı vurğulanır.

“Zelenski Vaşinqtonu Ukrayna üçün yeni silahlarla bağlı öhdəliklərlə tərk etməyə ümidli idi, lakin o, Trampı çox fərqli əhval-ruhiyyədə tapdı. Tramp açıq şəkildə bildirdi ki, onun üçün indi prioriteti diplomatiyadır və “Tomahavk”ların verilməsi bu prosesi sarsıda bilər”,- portal yazır.

Nəşrin məlumatına görə, Zelenskinin əsas prioriteti təkcə “Tomaqavk”lar yox, həm də digər silah sistemləri üçün zəmanətlərin təmin edilməsi idi. Lakin buna qarşı çıxan Tramp belə vədlər verməyib.

- Görüş“çətin”idi və“pis keçdi” . Heç kim qışqırmırdı, amma Tramp sərt idi. O, görüş zamanı bir neçə sərt bəyanatlar verdi və bəzi məqamlarda bu, bir qədər emosional oldu”,- mənbələr portala açıqlamalarında deyiblər.

Zelenski:“Bizə təhlükəsizlik zəmanəti lazımdır”
Söhbət zamanı Tramp Zelenskiyə həmçinin Rusiya prezidenti Vladimir Putinlə ötən gün apardığı danışıqlar barədə məlumat verib. Ağ Evin rəhbərinin sözlərinə görə, ABŞ-nin təklifi müharibənin cəbhə xəttində dondurulmaqla başa çatmasıdır ki, Ukraynanın da bunu qəbul etməsi çətindir.

“Görüş iki saat yarımdan sonra qəfil başa çadıb. Bundan sonra Tramp ABŞ və Rusiya arasında gözlənilən danışıqlara işarə edərək, düşünürəm ki, işimiz qurtardı. Görək gələn həftə nə olacaq”,- portal diqqətə çatdırıb.

Xatırladaq ki, bundan əvvəl Ağ Evdə mətbuata qapalı keçirilən görüşdən sonra keçirdiyi brifinqdəVolodimir Zelenski Ukraynaya təhlükəsizlik zəmanətlərinin lazım olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
91
azvision.az

1Mənbələr