Bakı.Trend:
“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etməküçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərivə şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgəaxtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslamRespublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilərvə heyət oktyabrın 15-i ölkəmizin ərazi sularına daxil olaraq görüşnöqtəsinə gəlmişdi.