Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 155 789,47 min ABŞ dolları dəyərində 55 219,19 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,6% çox, həcmi isə 2,5% azalıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,88% təşkil edib.