AZ

Müstəqilliyin Bərpası – Azərbaycanın tarixi və milli dirçəlişinin təntənəsi

Bakı. Trend:

Hər bir xalqın tarixində elə günlər olur ki, bu günlər həminmillətin taleyini dəyişdirir, onun gələcək yolunu müəyyənləşdirir.Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 18 oktyabr –Müstəqilliyin Bərpası Günüdür.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

A.Qarayev qeyd edib ki, həmin gün Azərbaycan Respublikasının AliSoveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktını qəbul etməklə, xalqımızın azadlıq arzularınıreallaşdırdı və milli dövlətçiliyimizin bərpasına hüquqi əsasqoydu.

"Müstəqilliyin bərpası yalnız siyasi hadisə deyil, həm dəmilli-mənəvi dirçəliş idi. Azərbaycanın yenidən müstəqil dövlətkimi formalaşması asan baş vermədi. 1990-cı illərin əvvəllərindəölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanıntəcavüzü vəziyyəti gərginləşdirmişdi."

Politoloq qeyd edib ki, lakin Ümummilli Lider Heydər Əliyevin1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik vədövlətçilik prinsipləri bərpa olundu.

"Güclü dövlət quruculuğu, müstəqil xarici siyasət və iqtisadiislahatlar sayəsində Azərbaycan öz suverenliyini qoruyub saxladı vəinkişaf yoluna qədəm qoydu."

A.Qarayev qeyd edib ki, bu gün Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib,dünya miqyasında nüfuzlu dövlətlərdən birinə çevrilib.

"Qarabağda qazanılan tarixi Qələbə (2020) müstəqilliyimizin realtəntənəsi oldu. Müstəqillik yalnız dövlətin siyasi statusu deyil,həm də xalqın ruhunun azadlığı, milli kimliyinin ifadəsidir.Azərbaycan xalqı bu azadlığı asanlıqla qazanmayıb – yüzlərləşəhidin qanı, minlərlə insanın fədakarlığı bahasına əldə olunub.Bugün biz müstəqil Azərbaycan vətəndaşları olaraq, bu dəyərləriqorumaq, vətənimizi inkişaf etdirmək, onun adını dünyada daha daucalmaq üçün çalışmalıyıq. Bu, sadəcə bir tarix deyil – bu,xalqımızın qürurunun, iradəsinin və azadlıq eşqinin simvoludur.Müstəqilliyin Bərpası Günü bizi bir daha keçmişimizə qaytarır,dövlətimizin qiymətini anlamağa, onu qorumağa və gələcək nəsillərədaha möhkəm şəkildə ötürməyə çağırır."

Politoloq bildirib ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilkdəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmişqalib xalq kimi qeyd edir.

"Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətlimərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimitarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiqifadə olunması böyük önəm kəsb edir."

Seçilən
91
1
az.trend.az

2Mənbələr