AZ

“İmişli” – “Qəbələ” matçına doğru: Qonaqlarda itkilər, ev sahibi rahatdır 

Misli Premyer Liqasının VIII turunda “Qəbələ” səfərdə “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” görüşə itkilərlə çıxacaq. Qanalı müdafiəçi İsaak Amoah ötən tur “Şamaxı” ilə oyunda zədələndiyi üçün “İmişli” matçını kənardan izləyəcək. Prins Ovusu isə cəzalıdır.

Bundan başqa, mövsümün əvvəlindən zədəli olan yarımmüdafiəçi Salman Ələsgərov bu oyunu da buraxacaq.

“İmişli” isə görüşə tam heyətlə hazırlaşıb. Komandanın heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.

Xatırladaq ki, “İmişli” – “Qəbələ” görüşü bu gün saat 14:30-da start götürəcək.

Seçilən
118
1
idmanxeber.az

2Mənbələr