Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsinin 4 gündür küçədə gecələdiyi barədə məlumatlar yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar - VİDEO
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media - ya bildirib ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 7 saylı evin 1 otaqlı, 10 kv.m-lik xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova, qonşu mənzilə bitişik 85 kv.m-lik qeyri-yaşayış sahəsini müvafiq icazə sənədi olmadan zəbt edib:
"Məhkəmə qərarı ilə həmin şəxslər zəbt etdikləri qeyri-yaşayış sahəsindən çıxarılıb. Lakin hazırda onlar müvafiq qərara baxmayaraq mübahisəni davam etdirir və əsassız tələblər irəli sürürlər".
Daxili İşlər Nazirliyi bildirir ki aidiyyəti üzrə araşdırmalar davam etdirilir və Şahbazovlar ailəsi ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Bizim.Media