AZ

Bu gün Xudafərin körpüsünün azad edildiyi gündür


2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və işğalçılar torpaqlarımızdan qovuldular. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var.

Beş il əvvəl - 2020-ci il oktyabrın 18-də isə tarixi Cəbrayıl rayonunun Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizləndi. Araz çayının digər tərəfində olan həmvətənlərimiz də Ordumuzu coşqu və dua ilə qarşılayaraq sevincimizə şərik oldular.

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Xudafərinin, hətta digər ərazilərimizin də gec-tez işğaldan azad olunacağına inandı. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçmiş şəhidlərin qanı, canı bahasına işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi zamanı da Xudafərin körpüsünün azad olunmasında və bu istiqamətdə aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan şəhid və qazi hərbi qulluqçularımızın mühüm rolu olub.

Seçilən
72
baki-xeber.com

1Mənbələr