AZ

Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping - 2025” beynəlxalq incəsənət sərgisində azərbaycanlı uşaqların, eləcə də peşəkar rəssamların əsərləri nümayiş olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda yerləşən və uşaqların yaradıcı inkişafına yönəlmiş "Little Artists by Nigarxitektor", Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın təsis etdiyi “Toğrul Nərimanbəyov” Assosiasiyasının, eləcə də Türkiyə “Saküder” Beynəlxalq İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Assosiasiyasının stendlərini ziyarət edib.

Sərgidə Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nur və Sahib Əsədlinin əsərləri də nümayiş olunur.

Nigar Seyid Baxşəliyevanın rəhbərlik etdiyi "Little Artists by Nigarxitektor" dərnəyinin uşaqlarının əsərləri maraqla izlənilib.

Qeyd edək ki, sərgi oktyabrın 19-dək davam edəcək.

Tanınmış tarzənin yubileyi qeyd olunub

“Cadenza”nın növbəti konserti Xəyyam Mirzəzadəyə həsr olunacaq

72 yeniyetmənin abort etdirməsinin günahkarı kimdir?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
kulis.az

1Mənbələr