AZ

Azərbaycan cüdoçuları Qvadalaxara Qran-prisində birinci oldular

Cüdo üzrə milli komandamız Qvadalaxara Qran-prisində ilk günü birinciliklə başa vurub. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.Bildirilib ki, milli komandamız Qvadalaxara Qran-prisində ilk yarış günündən sonra iki qızıl və bir bürünc medal qazanıb. Nəticə etibarilə millimiz 33 ölkə arasında birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışlarda Balabəy Ağayev 60 kiloqram çəki dərəcəsində qızıl medal, Ruslan Paşayev 66 kiloqram çəki dərəcəsində qızıl medal, Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində bürünc medal qazanıblar.

Seçilən
90
metbuat.az

1Mənbələr