AZ

Leandro Andrade dünya çempionatında iştirakdan imtina edib?

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andradenin də bir zamanlar formasını geyindiyi Kabo-Verde milli komandası keçən həftə futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazandı.

Oxu.Az xəbər verir ki, Leandro Andrade uzun müddətdir ki, Kabo-Verde millisindən oyunlara dəvət alsa da, bu dəvətə müsbət cavab vermir.

Futbolçu milli komandasında oynamaqdan imtina etməsi ilə bağlı məsələ barədə açıqlama verib:

"Milli komandada yenidən oynamaq barədə düşünməmişəm. Ona görə də bu məsələ ilə bağlı şərh verə bilmərəm".

Qeyd edək ki, Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb.

Murad Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
6
oxu.az

7Mənbələr