AZ

Azərbaycan amputant futbol millisi İsraillə heç-heçə edib

Bakıda keçirilən Amputant Futbol üzrə Millətlər Liqasının C qrupunda Azərbaycan yığması növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Ramil Həbibovun rəhbərlik etdiyi komanda “Bayıl Arena”da İsrail yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışın əvvəlki günündə Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Yığmamız növbəti oyunlarını oktyabrın 19-da Niderland və Ukrayna komandalarına qarşı keçirəcək.

Seçilən
95
90deqiqe.az

1Mənbələr