Ecazkar görünüşü, istedadı ilə pərəstişkarlarının sevimlisinə çevrilmiş məşhur fransız aktrisa Bricit Bardo əməliyyatdan sonra evinə qayıdıb.
Publika.az "Noovo"ya istinadən xəbər verir ki, o, əməliyyatdan sonra öz yaxınları, nümayəndələri ilə əlaqə qurub.
Ulduzun ofisindən verilən məlumatda deyilir ki, sənətçi qısa müddətə Tulondakı Sen-Jan özəl xəstəxanasının reanimasiyasına yerləşdirilib və burada kiçik əməliyyat keçirib. Əməliyyat çox uğurlu olub.
"O, hazırda evdə dincəlir, heç bir sorğuya cavab verməyəcək və şəxsi həyatına, dincliyinə hörmət etən hər kəsə təşəkkür edir", - bəyanatda deyilir.