BAKI, 18 oktyabr. TELEQRAF
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin idman nazirlərinin 9-cu iclası keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, milli və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.
Nazirlər türk ölkələrinin gəncləri arasında ortaq mədəni dəyərlərin təbliğinə də xüsusi diqqət yetiriblər.
İclasın yekunları üzrə TDT-yə üzv ölkələrin gənclər siyasəti və idmanı üzrə birgə gələcək planı qəbul edilib.